Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.

Yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

Xatırladaq ki, rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası da eyni səbəbdən Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv etmişdi.

Xəbər 188 dəfə oxundu.