Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib
“Turan Tovuz” – “Sumqayıt” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.

Tovuz şəhər stadionunda keçirilən XXVIII turun açılış matçında “Sumqayıt” 3:2 hesablı qələbə qazanıb.

Tovuz təmsilçisinin heyətində Natan Oduva və Runi Eva fərqləniblər. Rəqib komandadan isə Kamran Aliev dubl edib, digər qolu Dieqo Karioka vurub.

Hazırda Tovuz təmsilçisi 28 xalla altıncı, “Sumqayıt” klubu isə 24 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.

Xəbər 128 dəfə oxundu.