“Barselona” UEFA-dan 100 milyon avro təzminat tələb edə bilər
“Barselona” klubu Çempionlar Liqasından kənarlaşdırılacağı təqdirdə UEFA-dan 100 milyon avro təzminat tələb edə bilər.

“Barselona”nın Çempionlar Liqasında hər mövsüm qazandığı gəlirə əsaslanır. Bu rəqəmə UEFA-nın qərarı nəticəsində klubun əlindən çıxacaq sponsorluq və ya digər gəlirlər ilə bağlı itkilər də daxildir.

UEFA hər hansısa bir qərarın qəbulu üçün İspaniya məhkəməsinin “Neqreyra” işi ilə bağlı qərar çıxaranadək gözləməlidir. Əks halda, klubun UEFA-nı məhkəməyə vermək haqqı var.

Martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya klub tərəfindən 7,3 milyon avro rüşvət ödənilməsi ilə bağlı ittiham irəli sürüb.

Xəbər 121 dəfə oxundu.