Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

Qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.

Aprelin 5-də “Murov” - “Abşeron”, UNEC - “Azərreyl”, ertəsi gün isə “Neftçi” - “Xarı bülbül” və MOİK - “Murov” görüşləri keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək və giriş sərbəstdir.

Xəbər 144 dəfə oxundu.