Kilian Mbappe Robert Levandovskini qabaqlayıb
XXI əsrin üçüncü onilliyində ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda lider dəyişib.

2021-ci il yanvarın 1-dən bu günədək ən çox fərqlənən oyunçu Kilian Mbappedir.

Futbolçu “Avro-2024”ün seçmə mərhələsində Niderlandla (4:0) görüşdə dubl edərək, üç il ərzində vurduğu ümumi qol sayını 120-yə çatdırıb və “Barselona”nın forvardı Robert Levandovskini qabaqlayıb.

Xəbər 135 dəfə oxundu.