“Mançester Yunayted” klubunun borcu artıb
“Mançester Yunayted” futbol klubunun borcu artıb.

İngiltərə təmsilçisinin borcu 477,1 milyon sterlinqdən 535,7 milyona yüksəlib.

2021-ci ili 1,4 milyard funt sterlinq zərərlə tamamladıqdan sonra “qırmızı şeytanlar” ötən il 6,3 milyon gəlir əldə ediblər.

“Mançester Yunayted” bu mövsüm transferlərə ümumilikdə 240 milyon avro xərcləyib.

Qeyd edək ki, Premyer Liqada 26 matça çıxan komanda 50 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

Xəbər 126 dəfə oxundu.