Taekvondoçularımız açıq Avstriya çempionatında güclərini sınayacaqlar
Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək. İnsbrukda iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaq. Yığmamızın üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, bu gün İnsbruka yollanan komandamız aprelin 3-də Bakıya qayıdacaq.

Xəbər 135 dəfə oxundu.