Cüdoçularımız Antalyada “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar
Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür.

Turnirin ilk günündə Azərbaycanın səkkiz idmançısı tatamiyə çıxacaq.

Kişilərin yarışında Nazir Talıbov çex David Pulkrabek, Kəramət Hüseynov (hər ikisi 60 kq) Muhammadsoleh Quvatov (Tacikistan) - Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi, Yaşar Nəcəfov İtaliya idmançısı Fabio Basil, Orxan Səfərov (hər ikisi 66 kq) Hekim Aqamammedov (Türkmənistan) - Antoni De Anqelis (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların mübarizəsində Leyla Əliyeva ukraynalı Mariya Buyok, Könül Əliyeva (hər ikisi 48 kq) isə Çili təmsilçisi Mari Di Varqas Ley, Gültac Məmmədəliyeva (52 kq) kanadalı Kelli Dequçi, Fidan Əlizadə (57 kq) isə Yulia Kovalçuk ilə üz-üzə gələcək.

Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.

Xəbər 144 dəfə oxundu.