Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib. Bununla da yarışda üçüncü dövrəyə yekun vurulub.

ilk oyundan əvvəl 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə ilə əlaqədar bir dəqiqəlik sükut elan edilib.

Turun ilk oyununda “Record” komandası “Neftçi” ilə qarşılaşıb. Görüş “Neftçi”nin 12:4 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti oyunda “Alyans” ilə “Baku Fire” üz-üzə gəliblər. “Baku Fire” oyundan böyük hesablı qələbə ilə ayrılıb – 21:1.

Azərbaycan çempionu “Araz-Naxçıvan” turun sonuncu oyununda U-19 komandası ilə qarşılaşıb və rəqibini 8:1 hesabı ilə məğlub edib.

Xallarının sayını 43-ə çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlindəki birinciliyini möhkəmlədib. “Baku Fire” 34 xalla ikinci, “Neftçi” isə 29 xalla üçüncü pillədə yer alıblar.

Xəbər 130 dəfə oxundu.