Podolski Foqtsu ciddi qəbul etmədi
Tanınmış futbolçu Lukas Podolski Almaniya yığmasında və İngiltərənin “Arsenal” klubundakı çıxışlarını dəyərləndirib. İdman.com.az saytının məlumatına görə, 27 yaşlı hücumçu müxtəlif məsələlərə aydınlıq gətirməklə yanaşı, komandamızın baş məşqçisi Berti Foqtsdan da danışıb.

Podolski bir müddət əvvəl verdiyi açıqlamada onu tənbəl adlandıran Foqtsun dediklərinə münasibət bildirib: “Berti Foqtsun haqqımda səsləndirdiyi fikirləri ciddi qəbul etmirəm. Sadəcə, mənə maraqlıdır ki, uzaqda olan və məsələdən xəbərsiz insanlar niyə şərh verirlər?”

Qeyd edək ki, FoqtsPodolski haqqında fikir bildirərək “o, istedadlı futbolçudur, lakin tənbəldir” demişdi.

Xəbər 820 dəfə oxundu.