“Milan”ın sabiq futbolçusu karyerasını bitirib
“Milan”, “Vilyarreal” və “Kolo-Kolo”nun sabiq futbolçusu Matias Fernandes karyerasını bitirib.

Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili yarımmüdafiəçi futboldan getdiyini açıqlayıb.

M.Fernandes 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və 73 oyun keçirib, 14 qola imza atıb.

Qeyd edək ki, futbolçu 2021-ci ildən Çilinin "Deportes La Serena" komandasında çıxış edirdi. O, 2016-2017-ci il mövsümündə “Milan”da oynayıb.

Xəbər 136 dəfə oxundu.