Gimnastlarımız Polşada Vavel beynəlxalq turnirində güclərini sınayacaqlar
Martın 31-dən aprelin 4-dək Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə 10-cu Vavel beynəlxalq turniri keçiriləcək.

Ənənəvi turnirdə təmsilçilərimiz də çıxış edəcəklər.

Yığma komandamızın üzvləri Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Fərhad Mustafayev (tamblinq), Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev (batut gimnastikası) medallar uğrunda mübarizə aparacaqlar.

Bu gün komandamız Polşaya yola düşüb.

Xəbər 137 dəfə oxundu.