Danimarka Qılıncoynatma Federasiyası rusiyalı idmançılara görə Kopenhagendəki turniri ləğv edib
Danimarka Qılıncoynatma Federasiyası (DFF) Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv edib.

Yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

DFF-nin sədri Yan Silvest Jensen deyib: “Biz bu qənaətdəyik, təəssüf ki, turniri keçirə bilmərik. Rusiya və Belarus idmançılarının iştirakına icazə verildiyi indiki şəraitdə bu, mümkün deyil”.

Xatırladaq ki, rusiyalı qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Xəbər 184 dəfə oxundu.