“Beşiktaş” klubu Xames Rodrigeslə razılıq əldə edib
Kolumbiyalı futbolçu Xames Rodrigesin yeni komandası açıqlanıb.
31 yaşlı oyunçu növbəti mövsümdən “Beşiktaş”ın formasını geyinəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rodrigeslə İstanbul təmsilçisi arasında ilkin razılıq əldə olunub. O, “Beşiktaş”a azad agent kimi gələcək. Kolumbiyalı futbolçunun hazırda şərəfini qoruduğu “Olimpiakos”la müqaviləsi mövsümün sonunda bitəcək.

Qeyd edək ki, “Real”, “Bavariya”, “Monako” və “Portu” kimi klubların formasını geyinmiş Xames Rodriges bu mövsüm Yunanıstan təmsilçisinin heyətində 21 oyuna 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər 117 dəfə oxundu.