“Sabah” və “Dinamo” arasında əməkdaşlıq çərçivəsində növbəti görüş olub
Bakının “Sabah” və Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol klubları arasında əməkdaşlıq çərçivəsində növbəti görüş olub.

Görüş Zaqreb təmsilçisinin U-19 komandasının baş məşqçisi İvan Senzen ilə “Sabah” Akademiyasının məşqçiləri arasında olub.

Onlayn şəkildə keçirilən görüş zamanı Senzen məşqçilərlə öz təcrübəsini bölüşüb, “Dinamo”nun aşağı yaş qruplarında keçirilən fiziki məşqlərin metodikası barədə məlumat verib.

Daha sonra “Sabah” Akademiyasının məşqçiləri İ.Senzenə onlara maraqlı olan sualları ünvanlayıblar.

Növbəti görüşün “Dinamo” (Zaqreb) Futbol Akademiyasında keçirilən taktiki məşqlər barədə olması nəzərdə tutulub.

Xəbər 126 dəfə oxundu.