Minifutbol üzrə ölkə çempionatında pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib
Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə yüksələn səkkiz komanda müəyyənləşib.

XVII turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk səkkizliyində qərarlaşan komandalar mübarizəni davam etdirəcəklər.

Yarışın ilk mərhələsini lider kimi tamamlayan “Zirə” komandası “Veteran”la qarşılaşacaq. “Birbaşa” komandası turnir cədvəlində yeddinci yerin sahibi Şuşanın “Qalaksi” kollektivi ilə görüşəcək. Digər iki oyun isə “Odlar yurdu” ilə “Qarabağ”, “Bakı” və “Real” arasında keçiriləcək.

Çempionatın pley-off mərhələsinin görüşləri iki oyundan ibarət olacaq.

Matçlar aprelin 4-də Bakı Tennis Akademiyasında keçiriləcək.

Xəbər 126 dəfə oxundu.