Bədii gimnastlarımız Bosniya və Herseqovinaya yollanıblar
Martın 31-dən aprelin 3-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bədii gimnastika üzrə “Suada Dilberoviç” beynəlxalq turniri keçiriləcək.

Turnirdə Azərbaycan idmançıları da güclərini sınayacaqlar.

Yığma komandamızın üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova Sarayevoda medal qazanmağa çalışacaqlar.

Bu gün komandamız Bosniya və Herseqovinaya yola düşüb.

Xəbər 123 dəfə oxundu.