“Milan” futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək
İtaliyanın “Milan” klubu futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək.

Hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılacaq. Otuz altı yaşlı futbolçu ilinə 3,8 milyon avro maaş və bonuslar alacaq.

Fransa milli komandasının hücumçusu cari mövsüm İtaliya A seriyasında 24 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Jirunun hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.

Futbolçu Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

Xəbər 132 dəfə oxundu.