Aerobika gimnastlarımız Slovakiyada beynəlxalq turnirdə çıxış edəcəklər
Martın 31-dən aprelin 2-dək Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə beynəlxalq turnir keçiriləcək.

Sayca 24-cü dəfə keçiriləcək turnirdə Azərbaycan idmançıları da güclərini sınayacaqlar.

Yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva Slovakiyada medal qazanmağa çalışacaqlar.

Bu gün komandamız Slovakiyaya yola düşüb.

Xəbər 113 dəfə oxundu.