Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Avropa çempionatının 2022/2023-cü il mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları aprelin 6-11-də Slovakiyada təşkil olunacaq.

B Liqasının beşinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu aprelin 8-də Monteneqroya qarşı keçirəcək. Matçın baş hakimi kiprli İoanna Allayiotou olacaq. Ona Despoina Demosthenous (Kipr) və Anna Vieczorek (Polşa) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Katarzina Lisiecka-Sek yerinə yetirəcək.

Aprelin 11-də Azərbaycan – Slovakiya matçı keçiriləcək. Oyun serbiyalı baş hakim Marina Jivkoviçə həvalə edilib. Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr) baş hakimin köməkçiləri, kiprli İoanna Allayiotou dördüncü hakim olacaq.

Xəbər 121 dəfə oxundu.