Azərbaycan basketbol tarixində ilk dəfə qadınlar arasında ölkə kuboku yarışları keçiriləcək
Aprelin 3-də Azərbaycan basketbol tarixində ilk dəfə qadınlar arasında ölkə kuboku yarışlarına start veriləcək.

BBA, “Alov”, PH və “AZE U-16” komandalarının iştirak edəcəyi ölkə kuboku yarışlarının oyunları dairəvi sistem üzrə keçiriləcək. Turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Final qarşılaşması aprelin 10-da oynanılacaq.

Kubok yarışlarının oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək və federasiyanın rəsmi yutub hesabından canlı olaraq təqdim olunacaq.

Qeyd edək ki, ötən həftə kişi basketbolçular arasında ölkə kuboku yarışları keçirilib. "Gəncə" və NTD komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən NTD komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda “Gəncə” 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub.

Xəbər 149 dəfə oxundu.