“Turan Tovuz” və “Sumqayıt”ın futbolçuları Monroviyada üz-üzə gəliblər
Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsinin oyunları keçirilir. “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika Respublikası (CAR) millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellli Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib.

Komandalar dörd gün əvvəl Yohannesburqda qalibi müəyyənləşdirə bilməmişdilər – 2:2. Monroviyadakı qarşılaşmada isə CAR yığması 2:1 hesablı qələbəyə sevinib.

Azərbaycanda çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıbsa, Terrens fasilədə əvəzlənib.

Cənubi Afrika yığması hazırda yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 134 dəfə oxundu.