“Neftçi” komandası məşqləri bərpa edib
“Neftçi” futbol klubu Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.

Martın 25-də keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra istirahətə buraxılan komanda məşqləri bərpa edib.

“Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi”nin əvəzedici heyətinin 8 üzvü də iştirak edib.

Aprelin 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

Xəbər 140 dəfə oxundu.