Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb | |
Futbol üzrə “AVRO-2024”ün seçmə mərhələsinin ilk iki turunda Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə məğlub olan Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb. Yığmamız ikinci dəfə seçmə mərhələnin ilk iki görüşündə 1 qol vurub, 9 top buraxıb. Bununla “Avro-2012”nin seçmə mərhələsindəki nəticə təkrarlanıb. Həmin vaxt Azərbaycan millisi ilk turda Almaniyaya 1:6, ikinci matçında isə Avstriyaya 0:3 hesabı ilə yenilib. Ümumiyyətlə komandamız dünya və Avropa çempionatlarında qatıldığı 15 seçmə mərhələnin 9-da ilk iki qarşılaşmasında məğlubiyyət acısı dadıb. |
|
Xəbər 131 dəfə oxundu. |
|
|