“Zirə”nin legionerləri Afrika Millətlər kuboku yarışlarında məğlubiyyətə üzülüblər
Bakının “Zirə” klubunun legionerləri Toni Qomes və İssa Cibrilla Afrika Millətlər kuboku yarışlarında məğlubiyyətə üzülüblər.

Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabı ilə uduzub.

İssanın komandası - Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub.

Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

A qrupunda yer alan Qvineya-Bisau dörd turdan sonra yeddi xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda iki xalla üçüncüdür.

Xəbər 125 dəfə oxundu.