Bu gün “Avro-2024”ün seçmə mərhələsində ikinci tura yekun vurulacaq
Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində ikinci tura yekun vurulacaq.

A, D və I qruplarında ümumilikdə 7 oyun keçiriləcək.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edəcək.

Günün oyunları aşağıdakılardır:

A qrupu

Gürcüstan - Norveç

Şotlandiya - İspaniya

Xal durumu: İspaniya - 3, Şotlandiya - 3. Gürcüstan - 0 (oyun keçirməyib), Norveç - 0, Kipr - 0

D qrupu

Türkiyə - Xorvatiya

Uels - Latviya

Xal durumu: Türkiyə - 3. Uels - 1, Xorvatiya – 1. Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0

I qrupu

İsveçrə - İsrail

Rumıniya – Belarus

Kosovo – Andorra

Xal durumu: İsveçrə - 3, Rumıniya – 3. Kosovo – 1, İsrail – 1, Andorra - 0, Belarus – 0.

Xəbər 132 dəfə oxundu.