İsveç - Azərbaycan oyununda növbəti erməni təxribatının qarşısı alınıb
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda növbəti erməni təxribatının qarşısı alınıb.

Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılmasına cəhd edilsə də, bu təxribatının qarşısı dərhal İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.

Xəbər 141 dəfə oxundu.