“Məhsul”, “Dinamo” və “Bakı” ölkə çempionatında növbəti qələbələrini qazanıblar
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.

Həftəsonu yarışın daha 6 qarşılaşması keçirilib.

XXI turun “Məhsul”–“Təhsil” görüşü daha gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Fasiləyə 7:6 hesablı üstünlüklə yollanan “Məhsul” rəqibin ciddi müqavimətinə baxmayaraq oyunu qələbə ilə bitirməyi bacarıb - 23:20.

Turun digər görüşlərində favoritlər asan qələbə qazanıblar. Belə ki, “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43:28 hesabı ilə məğlub edib.

“Təhsil” və “Məhsul” komandalarının XXII turdakı dueli də gərgin idman mübarizəsi şəraitində keçib. “Təhsil” yüksək əzmkarlığa baxmayaraq bu görüşdə də məğlubiyyətlə barışmalı olub – 21:22. Turun digər oyunlarında “Dinamo” U-16 komandasına 62:28, “Bakı” RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.

“İdman Akademiyası” 45 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Məhsul” ondan 4 xal geri qalır. “Dinamo” 36 xalla üçüncü, “Təhsil” 27 xalla dördüncü yerdədir. “Bakı” 7 xalla beşinci pillədə qərarlaşıb. RİOEUGİM ilə U-16-nın hərəyə 3 xalı var.

Xəbər 186 dəfə oxundu.