Azərbaycan millisinin İsveçlə oyun üçün sifariş ərizəsi müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.

Yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi "Sabah") adını iştirak ərizəsinə daxil etməyib.

İsveçlə matçın sifariş ərizəsinə Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev, Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Azər Salahlı, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov, Özancan Kökçu, Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı və Renat Dadaşovun adları daxil edilib.

Xatırladaq ki, bu gün keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xəbər 131 dəfə oxundu.