Müdafiədə problemi olan “Fənərbaxça” bu mövqeyi möhkəmləndirmək üçün futbolçu axtarır
Müdafiədə problemi olan “Fənərbaxça” bu mövqeyi möhkəmləndirmək üçün futbolçu axtarır. İstanbul təmsilçisi Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Portuqaliya millisinin müdafiəçisi Brunu Alveşə elçi düşüb.

“Sarı bülbüllər” “Zenit”in şərəfini qoruyan futbolçu üçün 10 milyon avrodan keçməyə hazırdırlar.

Qeyd edək ki, sentyabrın 11-də Braqada keçirilmiş Portuqaliya – Azərbaycan matçında (3:0) Alveş millimizin qapısına üçüncü qolu vurub.

Xəbər 1009 dəfə oxundu.