Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinal oyunlarının vaxtı dəqiqləşib
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.

Bu mərhələdə ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Xəbər 134 dəfə oxundu.