Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına yekun vurulub.

çempionatın ikinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə final mərhələsində çıxış ediblər.

Gənclərin yarışında halqa ilə hərəkətdə Nuray Əhmədzadə qızıl, Şəms Ağahüseynova gümüş, Nəzrin Abdullayeva bürünc medala sahib olublar.

Topla proqramda Ş.Ağahüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F.Aladinova və N.Əhmədzadə ilk üçlükdə yer alıblar.

Gürzlərlə yarışda N.Abdullayeva bütün rəqiblərini qabaqlayaraq birinci olub. Ş.Ağahüseynova yarışı ikinci, F.Qurbanlı isə üçüncü pillədə başa vurublar.

Lentlə hərəkətlərdə Ş.Ağahüseynova, N.Əhmədzadə və Ş.Müvəffəqi mükafatçılar sırasında yer alıblar.

Böyüklərin yarışında 4 alət üzrə qızıl medallara Zöhər Ağamirova sahib olub.

Halqa ilə yarışda Alina Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medal əldə ediblər.

Topla proqramda A.Gözəlova və İ.Məmmədova ilk üçlüyü tamamlayıblar.

Gürzlərlə çıxışda İ.Zeynalova yarışı ikinci, K.Seyidzadə üçüncü pillədə başa vurublar.

Lentlə hərəkətdə A.Gözəlova fəxri kürsünün ikinci, İ.Zeynalova isə üçüncü pilləsinə qalxıblar.

Yarışda, ümumilikdə, 53 gimnast iştirak edib.

Xəbər 142 dəfə oxundu.