“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb
“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb.

Hücumçu Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ölkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.

“Zirə”nin nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər kuboku yarışlarının seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.

Xəbər 146 dəfə oxundu.