İki karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatı davam edir.

Millimizin iki üzvü çempionatın finalına yüksəlib. İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar.

Qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edir.

Xəbər 248 dəfə oxundu.