Avstriya - Azərbaycan matçının birinci hissəsi başa çatıb
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirilən Avstriya – Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçın birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 2:0.

Matçın 28-ci dəqiqəsində Marsel Sabitzer, bir dəqiqə sonra isə Mixael Qreqoritş fərqləniblər.

Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edir.

Xəbər 147 dəfə oxundu.