Cüdoçumuz Turan Bayramov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib
Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Xəbər 149 dəfə oxundu.