Ronaldo millinin heyətində ən çox oyun keçirmə rekorduna imza atıb
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo rekorda imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Oyunun 8-ci dəqiqəsində Joao Cancelonun fərqlənməsi ilə Portuqaliya 1:0 önə keçib. Hazırda oyun davam edir.

Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Xəbər 150 dəfə oxundu.