“Araz” – “Barselona” oyununun statistik göstəriciləri açıqlanıb
Futzal üzrə UEFA kubokunun elit-raundunun II turunun “Araz” – “Barselona” oyununun statistik göstəriciləri açıqlanıb. Azərbaycan və İspaniya təmsilçilərinin görüşündə ikincilər aşkar üstünlüyə malik olub. 7:1 hesabı ilə qalib gələn kataloniyalılar bütün göstəricilərdə üstün olub. Təkcə qapı istiqamətindəki zərbələrdə 14:31 hesabı ilə geridə olan Azərbaycan çempionu rəqib qarşısında aciz qalıb.


Araz Barselona
14 Ümumi zərbələr 31
6 Çərçivəyə zərbələr 12
3 Qeyri-dəqiq zərbələr 15
1 Tir və dirəkdən dönən zərbələr 2
5 Qarşısı alınan zərbələr 4
5 Künc zərbələri 5
2 Sarı vərəqələr 0
0 Qırmızı vərəqələr 0
5 Qayda pozuntuları 0
0 Qazanılan qayda pozuntuları 0

Xəbər 972 dəfə oxundu.