“Rabitə” titulunu qorumağa getdi
Azərbaycan çempionu “Rabitə” bu gün səfərə çıxır. İdman.com.az saytının məlumatına görə, təmsilçimiz qadın voleybolçuların klublararası dünya çempionatında iştirak etmək üçün Qətərə yollanır.

Bakı vaxtı ilə saat 18:55-də Azərbaycanı tərk edəcək son dünya çempionu turnirə titulunu qorumaq üçün gedir. İtaliyalı mütəxəssis Marçello Abbondanzanın rəhbərlik etdiyi kollektiv yarışda ilk oyununu oktyabrın 15-də Braziliyanın “Solis Nestle” klubuna qarşı keçirəcək.

Xəbər 886 dəfə oxundu.