Mesut Özil futbolçu karyerasını bitirib
“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.

Dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.

Türkiyə karyerasına 2021-ci ildə "Fənərbaxça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.

Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.

Xəbər 133 dəfə oxundu.