Həndbol: "İdman Akademiyası" ölkə çempionatında liderliyini davam etdirir | |
Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. XIX turda turnir cədvəlinin lideri "İdman Akademiyası" komandası "Təhsil" ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan görüş 30:25 hesabı ilə "İdman Akademiyası”nın xeyrinə başa çatıb. Turun "U-16" - "Məhsul" görüşü nominal qonaqların qələbəsi ilə yekunlaşıb -18:44. "Dinamo" isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib. XX turun oyunlarında da gözlənilməz nəticələr qeydə alınmayıb. "Təhsil" bu turda da "İdman Akademiyası"na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 22:26. "Məhsul" "U-16"ya bu dəfə 36:22, "Dinamo" isə RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib. Aktivində 45 xal olan "İdman Akademiyası" çempionatın vahid lideridir. "Məhsul" 35 xalla ikinci, "Dinamo" 30 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki "Təhsil"in 27 xalı var. RİOEUGİM-lə "U-16" komandası hərəyə 3 xalla 5-6-cı yerləri bölüşürlər. "Bakı" isə 1 xalla çempionatın autsayderidir. |
|
Xəbər 330 dəfə oxundu. |
|
|