UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb
UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Püşkün nəticələrini təqdim edirik:

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)

“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)

“AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)

“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa).

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra olacaq. Yarımfinal matçları mayın 11-i və 18-də keçiriləcək.

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da təşkil ediləcək.

Xəbər 127 dəfə oxundu.