“Mançester Siti” forvardı Xulian Alvareslə müqaviləni yeniləyib
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Xulian Alvareslə yeni müqavilə imzalayıb.

Argentinalı hücumçunun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, ötən ildən Mançester təmsilçisində çıxış edən 23 yaşlı forvard Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu olub.

Xəbər 129 dəfə oxundu.