Oğlanlardan ibarət U-16 yığmamızdan növbəti qələbə
Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.

Yığmamız ilk görüşdə məğlub olduğu güclü "Zaza Pachulia Academy" komandasına bu dəfə 88-87 hesabı ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, təlim-məşq toplanışında üç hazırlıq oyunu keçirən Tahir Baxşıyevin yetirmələri bu oyunların ikisində qalib, birində isə məğlub olublar.

Xəbər 140 dəfə oxundu.