Üç boksçumuz Dünya Kubokunda qələbə qazanıb | |
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha üç boksçusu mərhələ adlayıb. 51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. S.Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək. Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək. Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. A.Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq. Hər üç boksçumuzun növbəti döyüşü martın 17-nə təsadüf edəcək. Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin üçüncü günündə 4 boksçumuz rinqə çıxacaq. |
|
Xəbər 220 dəfə oxundu. |
|
|