Otuz səkkiz bədii gimnast ölkə çempionu adı uğrunda mübarizə aparacaq
Martın 24-25-də bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı keçiriləcək.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 38 gimnast gücünü sınayacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.

Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip (gənclər) və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

Xəbər 167 dəfə oxundu.