İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə martın 17-18-də İsmayıllıda 14 yaşadək məktəblilər arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.

Turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom və medallar ilə mükafatlandırılacaq.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək yarışın 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.

Xəbər 174 dəfə oxundu.