Enrike Çerezonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib
İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Çerezonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Qonaqlar bu gün “Bakı” klubu ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

Tədbir saat 15:00-da başlanacaq.

Qeyd edək ki, “Atletiko” ötən mövsüm Avropa Liqasının qalibi olub. Hazırda komandanın heyətində Türkiyə yığmasının futbolçuları Əmrə Belözoğlu və Arda Turan da çıxış edir.

Xəbər 862 dəfə oxundu.