Sabah “Qarabağ” - “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.

Matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edəcək.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, “iticket.az”ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ”ın fan-şopu və “iticket.az”dan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Xəbər 159 dəfə oxundu.