Dünya çempionatına yekun vurulacaq
Oktyabrın 13-də Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatına yekun vurulacaq. Yarışın son günündə Almaniya ilə Qana III, Fransa ilə KXDR I yer uğrunda oyuna çıxacaq. FİFA-nın rəsmi saytı bu görüşlər ərəfəsində finalların maraqlı məqamlarını araşdırıb.

* Dünya çempionatları tarixində ilk dəfə finalda Avropa və Asiya komandaları üz-üzə gələcək.

* Asiya bütün finallarda təmsil olunan yeganə qitədir. DÇ-2010-da hər 2 finalçı Asiyadan idi.

* Fransa mundialın finalına çıxan ilk Avropa təmsilçisidir.

* KXDR 4 ildən sonra finala çıxmaqla, bunu 2 dəfə bacaran ilk ölkə oldu.

* Əvvəlki 2 finalda qalib 90 dəqiqədə müəyyənləşməyib. 2008-ci ildə əlavə vaxt, 2010-cu ildə penaltilər seriyasına ehtiyac yaranıb.

* Hər 2 finalda ilk 10 dəqiqədə hesab açılıb.

* Final oyunları tarixində həmişə III yer uğrunda matçda Avropa təmsilçisi olub.

* 2008-ci ildə də təsəlli finalında oynamış Almaniya belə qarşılaşmada 2-ci dəfə mübarizə aparacaq.

* Qana III yer uğrunda matçda oynayacaq ilk Afrika təmsilçisi kimi tarixə düşəcək.

* Əvvəlki mundiallarda III yer həmişə avropalıların olub. 4 il əvvəl Almaniya, 2 il öncə İspaniya bunu bacarıb.

* III yer uğrunda oyunlarda yalnız 1 komanda qol vurub.

Xəbər 1031 dəfə oxundu.